Accessibility links

Hillari Klinton: ABŞ Avropadakı müttəfiqləri qarşısındakı öhdəlikləridən yayınmayacaq


Secretary of State Hillary Clinton.

Secretary of State Hillary Clinton.

ABŞ dövlət katibi Hillari Klinton nüvə müdafiəsi və Əfqanıstan müzakirəsinə həsr olunmuş NATO nazirlər toplantısının başlanğıcında ABŞ-ın Avropadakı müttəfiqləri qarşısındakı öhdəliklərini təsdiqləyib.

ABŞ dövlət katibi Hillari Klinton nüvə müdafiəsi və Əfqanıstan müzakirəsinə həsr olunmuş NATO nazirlər toplantısının başlanğıcında ABŞ-ın Avropadakı müttəfiqləri qarşısındakı öhdəliklərini təsdiqləyib. Klinton bu gün Estoniyanın paytaxtı Tallində çıxış edərək ABŞ-ın Estoniyanı və ya digər müttəfiqləri müdafiə etmək öhdəliyindən heç vaxt yayınmayacağını söyləyib.

Klinton və Avropa ölkələrinin xarici işlər nazirləri nüvə silahlarının gələcəyini və Əfqanıstanda əlavə hərbi təlimlərin keçirilməsinə dair ehtiyaclarını müzakirə edirlər.

ABŞ prezidenti Barak Obamanın atom bombalarından azad dünyanın qurulması barədə verdiyi vədə baxmayaraq, ABŞ Avropa ölkələrində yerləşən 200-dən artıq atom bombasının çıxarmaq niyyətində olmadığını bildirib. Almaniya daxil olmaqla bir sira Avropa ölkələri ABŞ-ı Avropdakı nüvə başlıqlarını çıxarmağa çağırib.

XS
SM
MD
LG