Accessibility links

Hillari Klinton Avropaya yola düşdü


Hillari Klinton Avropaya yola düşdü

Hillari Klinton Avropaya yola düşdü

Səfəri çərçivəsində xanım Klinton regional müttəfiqlərini ABŞ-Rusiya münasibətlərinin inkişafının onlara mənfi təsiri olmayacağına əmin etməyə çalışacaq

ABŞ dövlət katibi Hillari Klinton bu gün 5 Avropa və Qafqaz ölkəsinə səfərə başlayır. Səfəri çərçivəsində xanım Klinton regional müttəfiqlərini ABŞ-Rusiya münasibətlərinin inkişafının onlara mənfi təsiri olmayacağına əmin etməyə çalışacaq. Səfərinin ilk dayanacağı olan Ukraynanın paytaxtı Kiyevdə dövlət katibi Ukrayna prezidenti Viktor Yuşenko ilə görüşməlidir. Sabah Hillari Klinton Polşaya səfər edərək, həmin ölkənin xarici işlər naziri Radoslav Sıkorski ilə müzakirələr keçirəcək. Daha sonra ABŞ dövlət katibi Azərbaycan və Ermənistanda Dağlıq Qarabağ münaqişənin nizamlanması iqtiqamətində danışıqlar keçirəcək. Hillari Klinton səfərinə bazar ertəsi günü Gürcüstanda yekun vuracaq.

XS
SM
MD
LG