Accessibility links

Hillari Klinton: Baltimor hadisələri dəyişikliyə ehtiyac olduğunu göstərir


ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Baltimor şəhərində baş verən hadisələrdən danışaraq, dəyişikliyə çağırıb. Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürmüş bəzi siyasətçilər də hadisələrə münasibət bildirib.

Demokrat partiyasından namizədliyini irəli sürmüş yeganə qadın namizəddir Hillari Klinton Baltimor şəhərində afro-amerikalı Freddi Qreyin ölümündən sonra baş vermiş hadisələrə münasibətibini bildirən ilk prezidentliyinə namizəddir.

“Baltimor hadisələri ürək yarasıdır. Bu gənclərə və onların ailələrinə baxanda ürəyim ağrıyır. Biz Amerikada irq və ədalətlə bağlı bəzi acı həqiqətlərlə barışmalıyıq.”

Nyu-Yorkda Kolumbiya universitetində danışan Hillari Klinton deyib ki, Baltimordakı problemlər ABŞ cəmiyyətində həllini tapmalı olan bir sıra ciddi məsələləri əks etdirir. Xanım Klinton deyib ki, gənc, kiçik cinayətlər törətmiş insanların, onun sözlərilə, “kütləvi şəkildə həbsi”nə son qoymaq, eləcə də narkotik maddələrə qarşı mübarizə və əqli xəstəliklər üçün maliyyə fondlarının çatışmazlığı probleminin həllinin vaxtı gəlib çatıb.

“Baltimor hadisələri ürək yarasıdır. Bu gənclərə və onların ailələrinə baxanda ürəyim ağrıyır. Biz Amerikada irq və ədalətlə bağlı bəzi acı həqiqətlərlə barışmalıyıq.”-HIllari Klinton

Lakin Hillari Klinton eyni zamanda, Baltimorda baş vermiş son zorakılıqlara görə məsuliyyət daşıyanların cəzalandırılmalı olduğunu bildirib.

“Zorakılıqlar dayandırılmalıdır. Amma yadda saxlamaq lazımdır ki, hər bir icmada hər bir kəs qanuna hörmətin və qanunun da hər bir kəsə hörmət etməsindən faydalanır.”

Xanım Klintonun açıqlamaları bundan bir gün əvvəl Ağ Evdə Baltimor hadisələri ilə bağlı açıqlama verən prezident Obamanın dedikləri ilə üst-üstə düşür.

Cənab Obama Baltimorda baş vermiş iğtişaşların arxasında duran dərin problemləri göstərməklə yanaşı, vəziyyətdən sui-istifadə etməyə çalışanların da olduğunu deyib: “Bu, etiraz deyil. Onlar heç bir iş görmür. Bu, vəziyyətdən öz xeyri üçün istifadə edən bir qrup insandır və onlarla cinayətkar kimi rəftar edilməlidir.”

Lakin prezident Obama həmçinin son zamanlar ölkə boyu qaradərili gənclər və polis arasında ölümlə nəticələnən insidentləri qeyd edib. Onun sözlərinə görə, bu insidentlər ciddi suallar yaratmaqla yanaşı, müəyyən müddət ərzində tədricən böhran şəkli alıb.

“Bu, etiraz deyil. Onlar heç bir iş görmür. Bu, vəziyyətdən öz xeyri üçün istifadə edən bir qrup insandır və onlarla cinayətkar kimi rəftar edilməlidir.”-prezident Barak Obama

Respublikaçılar partiyasından prezidentliyə namizədlikləyini irəli sürmüş Florida ştatının keçmiş qubernatoru Ceb Buş deyib ki, Baltimorda baş verən zorakılıq hadisəsi qanunun aliliyi və ictimai asayişə dair təəhhüdlərin əhəmiyyətiyini bir daha vurğulayır.

Viskonsin ştatının qubernatoru Skot Uolker Tvitter səhifəsində Baltimorda sülhə dua etdiyini deyib.

Respublikaçılar partiyasından namizədliyini irəli sürmüş daha bir siyasətçi, Texas ştatının qubernatoru Ted Kruz bildirib ki, Freddi Qreyin işi əsaslı və qərəzsiz bir şəkildə təhqiq edilməli , zorakılıq və qarət hallarının arxasında duranlar isə qınanmalıdır.

XS
SM
MD
LG