Accessibility links

Filadelfiyada Demokrat partiyasının qurultayının ikinci günü Hillari Klinton tarixi nominasiyanı almaqla ABŞ prezidentliyinə aparıcı siyasi partiyadan ilk qadın namizəd kimi adını tarixə yazdı. Keçmiş dövlət katibi Demokrat partiyasında ən nüfuzlu siyasətçilərin dəstəyini alıb. Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, ABŞ-ın ilk qadın dövlət katibi Madlen Olbrayt, Konqresdə təmsil olunan demokrat qadın qanunvericilər diqqəti Hillari Klintonun siyasi və ictimai xadim kimi karyerasının ən mühüm dövrlərinə yönəldib.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton

ABŞ-ın keçmiş prezidenti Bill Klinton

Hillari Klintonun həyatının ən özəl məqamları haqda onun həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Bill Klinton danışdı.

`Mən 1971-i ildə bir qız gördüm` Bill Klinton çıxışını bu sözlərlə başladı. ABŞ-ın 42-ci prezidenti Hillari Klintonla ilk tanışlığı, gənclik illəri və birlikdə ailə həyatı haqda özəl əhvalatlara toxunaraq, onun ictimaiyyətə məlum olmayan cəhətlərini göstərməyə çalışdı. Bill Klinton Hillari Klintonun dəyişikliyə can atan bir lider olduğunu bildirdi.

`Hillari bizi birlikdə daha güclü edəcək. Siz bunu bilirsiniz, çünki o bütün həyatı boyu bunu edir`-Bill Klinton bildirib. Bill Klintonun vermək istədiyi mesaj bu idi: Mən Hillari Klintonu tanıyıram, o, dəyişiklik üçün mübarizəsini dayandırmayacaq.

Bill Klinton Demokrat partiyasının qurultaylarında dəfələrlə çıxış edib. O, iki dəfə qurultayda partiyadan nominasiyanı qəbul edən zaman nitq söyləyib. Lakin Bill Klintonun Filadelfiyada etdiyi çıxışı indiyə qədər onun söylədiyi heç bir nitqə bənzəməyib. ABŞ-ın keçmiş prezidenti Amerika tarixində prezidentliyə ilk qadın namizəd olan həyat yoldaşı haqda danışıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG