Accessibility links

Hillari Klinton Pakistana yeni yardım paketini açıqlayıb


Hillari Klinton Pakistana yeni yardım paketini açıqlayıb

Hillari Klinton Pakistana yeni yardım paketini açıqlayıb

Pakistan xarici işlər naziri deyib ki, ABŞ və Pakistan terroçuluq üzündən vətəndaşlarını itirib, və pakistanlılar hər gün terror hədələrinə məruz qalır

ABŞ bildirir ki, Əfqanıstanla sərhəd boyu istehkamlanmış yaraqlılara qarşı vuruşmaq üçün Pakistana 2 milyard dollar dəyərində əlavə yardım lazım olacaq. ABŞ dövlət katibi Hillari Klinton bu gün çox-illik təhlükəsizlik yardımın detallarını açıqlayıb. Açıqlama ABŞ və Pakistan arasında üç günlük strateji dialoqun sonuncu günü edilib. Xanım Klinton terrorçuluqla mübarizədə Pakistanın ABŞ-la əməkdaşlığını yüksək qiymətləndirib. Pakistan xarici işlər naziri Şah Mehmud Qureşi deyib ki, ABŞ və Pakistan terroçuluq üzündən vətəndaşlarını itirib, və pakistanlılar hər gün terror hədələrinə məruz qalır. Hər iki ölkə terrorizmi məhv etmək məqsədi güdür. O, eyni zamanda ABŞ və Pakistanı Əfqanıstanda sülhün bərqərar olması üçün əməkdaşlığa çağırıb.

XS
SM
MD
LG