Accessibility links

Hillari Klinton Çin rəsmisi ilə danışıqlar aparıb


Hillari Klinton Çin rəsmisi ilə danışıqlar aparıb
Hillari Klinton Çin rəsmisi ilə danışıqlar aparıb

ABŞ dövlət katibi Hillari Klinton Çini Şimali Koreyanı təxribatçı hərəkətlərdən daşındırmağa çağırıb. O, Çinin Dövlət Müşaviri Day Binqquo ilə bu həftə ABŞ-la Şimali Koreya diplomatları arasında inkişaf əldə olunarsa, Pxenyanın nüvə proqramlarına son qoymasına dair növbəti addımları müzakirə edib.

Xanım Klinton Dayla bu gün Asiya səfərinin son dayanacağı olan Çinin cənubundakı Şenjen şəhərində görüşüb. Dövlət Departamentinin ali rəsmisi danışıqları məhsuldar adlandıraraq deyib ki, Çin rəsmiləri Şimali Koreyaya qarşı sərt davranırlar və onlar Pekinin Şimali Koreyanın davranışından narazı olması təsiri bağışlayıblar.

XS
SM
MD
LG