Accessibility links

Hillari Klinton Çini dünya məsələlərində konstruktiv rol oynamağa çağırıb

  • Amerikanın səsi

ABŞ dövlət katibi Hillari Klinton Çini artmaqda olan nüfuzundan istifadə edərək, dünya məsələlərində konstruktiv rol oynamağa çağırıb. 1972-ci ildə sabiq prezident Riçard Niksonun Çin səfərinin 40-cə ildönümü ilə bağlı ABŞ-Çin konfransında çıxış edən xanım Klinton deyib ki, Pekin beynəlxalq ictimaiyyətin ehtiramını qazanmaq istəyirsə, müəyyən məsələlərdə öz maraqlarına uyğun şəkildə davranmasına son qoymalıdır.

Hillari Klinton xüsusi olaraq Suriya böhranının həlli və Çində azlıqlara münasibət məsələlərini göstərib. O deyib ki, Çin qlobal təhlükəsizlikdə əməkdaşlıq edə biləcək qədər yüksəlib və Vaşinqton qeyri-sağlam rəqabət, düşmənçilik və münaqişələrin əleyhinədir.

ABŞ rəsmiləri dəfələrlə Çini Suriya ilə bağlı mövqeyini nəzərdən keçirməyə, Əsəd rejiminin xalqa divan tutmasına son qoyulması səylərinə qoşulmağa çağırıb.

Çinlə Rusiya BMT-nin Təhlükəsizlik Şurasının Əsədə qarşı qətnaməsinə iki dəfə veto qoyub.

XS
SM
MD
LG