ABŞ dövlət katibi Hillari Klinton 7 ölkəyə 9 günlük səfəri çərçivəsində ilk dayanacağı Kopenhagendə Danimarka rəsmiləri görüş keçirib.

Daha sonra gəclərlə görüşən Xanım Klinton deyib ki, Rusiyanın Suriya hökumıtinə davamlı dəstəyi BMT-nin zorakılıqların dayandırılmasına dair qətnamələrinə maneə törədir. O, beləliklə beynəlxalq səylərin bir araya gətirilməsinin qeyri-mümkünlüyünü qeyd edib. Gənclərin suallarını cavablandıran dövlət katibi ordu tərəfindən günahsız insanların qətlə yetirilməsinin vətəndaş müharibəsinə yol aça biləcəyi barədə xəbərdarlıq verib.

Hillari Klinton İranın Suriya məsələlərinə müdaxiləsinin və Rusiyanın Suriyanı silahla təmin etməsinin münaqişəni daha da dərinləşdirdiyini bildirib .

Rusiyanın İnterfaks xəbər agentliyi bu gün prezident Vladimir Putinə istinadın bildirib ki, Rusiyanın Suriya ilə bağlı mövqeyi davamlı, tarazlı və tamamilə məntiqlidir.

Rusiya prezidentinin sözçüsü deyib ki, BMT-nin Təhlükəsizlik Şurası münaqişənin həlli üçün yeni ölçülərə əl atmamalıdır. Belə ki, bu addım Yaxın Şərq müttəfiqlərinin hərbi müdaxiləsinə təkan verə bilər. Nümayəndə deyib ki, Suriyada sülhə nail olunmasının yolu Əsəd hökuməti ilə müxalifət arasında dialoq yaradılmasındadır.

BMT-nin baş katibi Ban Ki Mun Türkiyədə keçirilən forumda deyib ki, kütləvi qırğınlar Suriyanı heç zaman altından qalxa bilməyəcəyi dəhşətli bir vətəndaş müharibəsinı sürükləyə bilər.

ABŞ dövlət katibi sabah Norveçdə, iyun ayının 3-ü isə İsveçdə olacaq.
Daha sonra dövlət katibi Qafqaz respublikalarında demokratiya, iqtisadi inkişaf və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.
Amerika dövlət katibi Hillari Klinton regiona səfəri çərçivəsində iyunun 6-da Azərbaycana səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, dövlət katibinin Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılır .