Accessibility links

Hillari Klinton Liviya olaylarına görə məsuliyyəti öz üzərinə götürdü


ABŞ Dövlət Katibi Hillari Klinton Dövlət Departamentinin bütün dünyada fəaliyyət göstərən əməkdaşlarının təhlükəsizliyinə görə məsul olduğunu bildirərək keçən ay ABŞ-ın Liviyadakı konsulluğuna olan hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Xanım Klinton bazar ertəsi Peruya işgüzar səfəri zamanı televiziya müsahibəsində prezident Barak Obama və vitse-president Co Baydenin təhlükəsizlik əməkdaşlarının xüsusi qərarlarından xəbərdar olamamaq ehtimalının olduğunu bildirib.

O, həmçinin 11 sentyabrda Liviyada ABŞ səfirinin və digər üç amerikalının öldürülməsi hadisəsində olduğu kimi adətən hadisənin detalların dərhal aydın olmadığını bildirib.

Bu hücumların baş verməsi və Obama administrasiyasının reaksiyası president seçkiləri kampaniyasında əsas müzakirə mövzularından birinə çevrilib. Respublikaçı namizəd Mitt Romni prezident Obamanı Benqazidə kifayət qədər təhlükəsizlik tədbirləri almadığına görə tənqid edir.

Bazra ertəsi Dövlət Katibi Klinton bu hücumun siyasi “günah oyununun” tərkib hissəsi olmasını istəmədiyini deyib.

Obama Administrasiyası ilk öncə hücumların Amerikada çəkilmiş anti-İslam filminə qarşı etiraz aksiyasından sonra baş verdiyini demişdi, lakin hal-hazırda bunun terror hücumu olduğunu bildirir.
XS
SM
MD
LG