Accessibility links

Dövlət Departamenti Hillari Klintonun yeni email yazışmalarını açıqlayıb


Dövlət Departamenti Demokrat partiyasından namizədliyini irəli sürmüş Hillari Klintonun dövlət katibi olduğu müddətdə göndərdiyi və qəbul etdiyi yeddi min səhifədən ibarət yeni email yazışmalarını açıqlayıb.

Xanım Klintonun rəsmi deyil şəxsi elektron poçtundan istifadə etməsi ilə bağlı yaranmış mübahisə onun prezidentlik kampaniyasına mənfi təsir göstərir. O, məxfi məlumatları alarkən şəxsi elektron poçtundan istifadə etdiyini inkar edir. Lakin bəzi seçicilər xanım Klintonun məsələ ilə bağlı tam səmimi olduğuna şübhə etdiklərini deyir.

Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib ki, Klintonun 150 email yazışması kəşfiyyat orqanlarının baş inspektoru tərəfindən yoxlandıqdan sonra məxfi kimi səciyyələndirilib. Toner deyib ki, Klinton mesaj alıb göndərdiyi zaman bu elektron məktublar məxfi hesab olunmayıb.

“Əgər hər hansı bir informasiya göndərildiyi zaman kimin nə zaman nə dediyi və informasiyanın mənbəyi nəzərə alınsa gizli və ya məxfi hesab edilməyibsə, bu mənbələri qorumaq üçün biz onları sonradan məxfi kateqoriyasına sala bilərik”-deyə o bildirib.

Dövlət Departamenti bildirib ki, email yazışmalarına sonradan məxfi statusun verilməsi ümumi praktikadır.

Hillari Klinton Dövlət Departamentinə onun şəxsi email hesabındakı 55 min email yazışmasının ictimaiyyət üçün açıqlamasına icazə verib. O hər hansı səhvə yol verdiyini inkar edib və dövlət katibi olduğu zaman bir elektron poçt ünvanından istifadə etməyin daha münasib olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG