Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton 10 illik müharibənin başa çatdırılmasının siyasi yollarının müzakirəsi məqsədi ilə Əfqanıstandadır. Əfqanıstana gözlənilmədən səfər edən xanım Klinton prezident Həmid Karzay və Əfqanıstanın digər yüksək səlahiyyətli rəsmiləri ilə görüşəcək. Tərəflər barışıq prosesi və təhlükəsizlik məsuliyyətinin əfqan qüvvələrinə ötürülməsi kimi məsələləri gündəmə gətirəcək.

Əfqanıstan hökuməti sabiq prezident Bürhanəddin Rəbbaninin ötən ay qətlə yetirilməsindən sonra danışıqları Talibanla dayandırıb.

XS
SM
MD
LG