Accessibility links

ABŞ prezidentliyinə ilk qadın namizəd - Hillari Klinton [Video]


ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton demokrat partiyasından ilk qadın kimi prezidentliyə nominasiya edilə bilər. Növbəti reportajda Klintonun onun respublikaçı rəqibi Donald Trampa qalib gəlmək üçün nə edəcəyindən bəhs edilir.

Hillari Klinton bu tarixi məqama çatmaq üçün uzun bir yolçuluqdan keçib.

O, etibarını itirib, Donald Tramp qədər ona da etibar edilmir.

“Bu qələbə bir şəxsə aid deyil. Bu, bunu mükün edən bütün qadın və kişilərin qələbəsidir,” deyə Klinton bildirib.

Birinci xanımlıqdan senatorluğa, daha sonra dövlət katibi yolunda irəliləyən bir şəxs üçün bəzən bu ağır yolçuluq onun prezidentliyə namizədliyə hazırlayıb.

“O, ağıllı, mətin və iradəli bir şəxsdir. O. siyasi mübarizdir. Bəzən mehriban, mülayimliyin altında güclü bir siyasi rəqabətçi yatır,” deyə Maykl İsikoff bildirir.

Isikoff sabiq prezident Bill Klintonla Aö Evdə təcrübə keçən Monika Levinski arasında əlaqəni üzə çıxaran ilk jurnalist olub. Onun dediyinə görə, Hillari Klintonda mediaya şübhə və şəffaqlıqdan imtina etmək həyat yoldaşının prezidentlik dövründə yaranıb.

“Onun sərtxətt mövqeyi ilə e-mail qalmaqalı arasında bağlılıq olduğunu gördük. Bu ona çox ağır vaxtlar yaşatdı.,” İsikoff deyir.

Prezidentliyə demokrat namizəd Hillari Klintonun tərəfdarları

Prezidentliyə demokrat namizəd Hillari Klintonun tərəfdarları

İctimai hətyatındakı baryerlər çox vaxt onun şəxsiyyətini nümayiş etdirməyə mane olub.

Furnier 1980-ci illərdən bəri Klintondan yazır. Onun dediyinə görə, Hillari Klinton güclü yumor hissinə malik, lakin gender ayrı-seçkiliyi, korrupsiya və həyat yoldaşının səqdaqətsizliyi kimi məsələrdə böyük bir döyüşçüdür.

Həyat təcrübəsi Klintonu yaxşı bir namizəd edə bilər.

Ron Furnier: “Donald Trampdan yaxşı görünmək üçün daha şəffaf, daha məzəli və daha tutqun olmalısan.”

O, ağıllı, mətin və iradəli bir şəxsdir. O. siyasi mübarizdir. Bəzən mehriban, mülayimliyin altında güclü bir siyasi rəqabətçi yatır.

Klinton təbiətən siyasətçi olmadığını etiraf edib. Onun qarşısında duran ən mühüm məsələ etibarını bərpa etməkdir.

“O, etibarını itirib, Donald Tramp qədər ona da etibar edilmir,” deyə Furnier bildirir.

Seçki ili həqiqilik tələb edir. Klinton seçiciləri zəif deyil, güclü olduğuna razı salmalıdır.

Maykl İsikof deyir ki, “Klinton, başqa eranın adamıdır. Seçkilər isə gələcəklə bağlıdır. Hər şey kimin dəyişiklik gətirəcəyindən asılıdır.”

Klinton bu həftə seçiciləirni arqumentləri ilə inandırmağa nail olub.

“Bir çoxları arxasında heç kimin durmadığını düşünür. Mən sizin arxanızam mən size eşidirəm, mən size görürəm. Bir president kimi həmişə arxanızda olacam," deyə o bildirib.

XS
SM
MD
LG