Accessibility links

Hillari Klinton Şimali Koreyanı gəmi batırdığına görə pisləyib


Hillari Klinton Şimali Koreyanı gəmi batırdığına görə pisləyib

Hillari Klinton Şimali Koreyanı gəmi batırdığına görə pisləyib

Klinton bu insidenti bu gün Yaponiya xarici işlər naziri Katsuya Okada ilə birgə keçirdiyi mətbuat konfransında pisləyib

ABŞ dövlət katibi Hillari Klinton Şimali Koreyanı Cənubi Koreya gəmisini batırdığına görə tənqid edib və həmin ölkənin bunun nəticələri ilə üzləşməli olduğunu bildirib. Klinton bu insidenti bu gün Yaponiya xarici işlər naziri Katsuya Okada ilə birgə keçirdiyi mətbuat konfransında pisləyib. O, Şimali Koreyanın əməlini "təcavüz aktı" adlandıraraq ABŞ-ın Yaponiya, Çin və Cənubi Korya ilə Çenoan-ın batırılması ilə bağlı məsləhətləşmələr apardığını söyləyib. ABŞ dövlət katibi Vaşinqtonla Tokyo arasındakı 50 illik ittifaqı alqışlamış və bunu gələcəyin sınaqlarına sinə gərmək üçün mühüm adlandırmışdır.

XS
SM
MD
LG