Accessibility links

Hillari Klinton Şimali Koreyaya cavab verilməli olduğunu bildirib


Cənubi Koreya paytaxtında ABŞ rəsmisi Prezident Li Myunq-bak və Xarici İşlər Naziri Yu Myunq-hva ilə görüşüb

ABŞ Dövlət Katibi Hillari Klinton deyir ki, dünya ictimaiyyəti Cənubi Koreya gəmisinin Şimai Koreya tərəfindən batırılmasına cavab verməlidir. Klinton bu bəyanatı Seulda verib. Cənubi Koreya paytaxtında ABŞ rəsmisi Prezident Li Myunq-bak və Xarici İşlər Naziri Yu Myunq-hva ilə görüşüb. O, martın 26-da Çeonan gəmisinin batırılmasını “provokasiya” adlandıraraq buna qarşı “güclü, lakin ölçülü” cavabın verilməli olduğunu vurğulamışdır. Çində olarkən Hillari Klinton həmin ölkənin rəsmilərindənÇenoan-ın batrılması ilə bağlı sənədlərlə yaxından tanış olmağa çağırmışdı. ABŞ Dövlət Katibinin sözlərinə görə Şimali Koreyanın istiqamətini dəyişmək regionda hamı üçün bir sınaqdır.

XS
SM
MD
LG