Accessibility links

Həkimlər: Hillari Klinton insult keçirməyib


US Secretary of State Hillary Clinton at the State Department in Washington, DC, January 6, 2011.

US Secretary of State Hillary Clinton at the State Department in Washington, DC, January 6, 2011.

ABŞ dövlət katibini Hillari Klintonu müalicə edən həkimlər beyinlə kəllə sümüyü arasında tromb olduğunu bildirib.
Ancaq həkimlər deyib ki, o, nə insult keçirib, nə də heç bir nevroloji zədə almayıb.

Dövlət Departamenti bildirir ki, xanım Klintonun həkimləri son analizinin ardınca dünən tromb tapıblar.

Nyu-Yorkun Presbiterian xəstəxanasının həkimləri dövlət katibini tromba qarşı dərmanlarla müalicə edirlər.

Dövlət Departamenti bildirib ki, həkimlər xanım Klintonun durumunu qiymətləndirməkdə davam edəcək və əlavə ölçülərə ehtiyac olub-olmadığını müəyyən edəcək.
Həkimləri dövlət katinin durumunda böyük proqres olduğunu deyərək onun dam müalicə olunacağına inamlarını ifadə ediblər.
XS
SM
MD
LG