Accessibility links

Hillari Klinton Malayziyadadır


.
.

ABŞ dövlət katibi Hillari Klinton Malayziya rəsmiləri tərəfindən homoseksuallıqda ittiham edilən müxalifət lideri Ənvər İbrahimin məhkəməsinin ədalətli keçiriləcəyində əmin edilib. Dövlət katibi Malayziyaya ölkələr arasında münasibətlərin dərinləşdirilməsi məqsədi ilə səfər edib. Bu gün Kuala Lampurda malayziyalı həmkarı ilə görüşündən sonra xanım Klinton Ənvər İbarahimin məhkəməsinin şəffaf və ədalətli keçiriləcəyini deyib. Malayziyanın xarici işlər naziri Ənifə Aman məhkəmənin ədalətli keçiirlməsinin Malayziyanın marağında olduğunu vurğulayıb.

XS
SM
MD
LG