Accessibility links

Hillari Klinton Misirdədir


ABŞ Dövlət Katibi Hillari Klinton Misirə gəlib. Burada o, İslamçı prezident Məhəmməd Mursi və başqa rəsmilərlə siyasi keçid prosesini müzakirə etməyi planlaşdırır.

Klinton Qahirəyə Əbu Dabidən gəlib. Klintonla birgə səfər edən Amerikanın Səsinin müxbiri Skott Störnz deyir ki, dövlət katibi Mursinin gələcək planları haqda məlumat almaq istəyir.

“Ötən il ərzində Misirin iqtisadi artımı zəifləyib və turizm sənayesi ziyan çəkib. Vaşinqton Qahirəyə aydın etmək istəyir ki, situasiyanı sabitləşdirmək üçün onun əlində müxtəlif vasitələr var,” deyə Störnz bildirir.

Bu vasitələrdən biri 60 milyon dollar həcmində sahibkarlığa yardım və 250 milyon dollar həcmində kiçik və orta bizneslərə yardım paketidir.

Rəsmilər deyirlər ki, Klinton həmçinin siyasi fiqurlardan yeni konstitutsiya və parlament qurmaq istiqamətində hansı addımlar atmaq məramında olduqlarını bilmək istəyir.
XS
SM
MD
LG