Accessibility links

Hillari Klinton: Prezident Əsəd hazırki vəziyyətdə hökmranlıq edə bilməz


İstanbulda Suriya məsələləri müzakirə ediləcək

“Bəşər Əsəd Suriya prezidenti postunda qala bilməz”, - ABŞ dövlət katibi Hillari Klinton bu barədə Bakıda Azərbaycana səfərinin yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
“Suriyaya gəldikdə elə bir vaxtdır ki, mən təkidlə bildirmişəm ki, artıq orada hakimiyyətin səlahiyyətlərinin dinc yolla demokratik və plüralist bir hökumətə keçməsinə diqqət verməliyik. Prezident Əsəd hazırki vəziyyətdə hökmranlıq edə bilməz, sülh yarada bilməz, xalqın durumunu yaxşılaşdıra bilməz. O bütün bunların əleyhinədir. Odur ki, İstanbulda əməkdaşlarımızla görüşüb Suriya məsələsini birgə müzakirə edəcəyik”.

Dövlət katibi Suriyaya qarşı sanksiyalar davam etdiyini xatırladıb. “Suriya xalqının dostları bu gün Vaşinqtonda görüşüb. Onlar yeni sanksiyalar tətbiq edilməsi barədə danışıqlar aparır və mövcud sanksiyaların yaxşı işləməsi üçün əlavə tədbirlər görür. Onlar cənab Əsədə daha çox təzyiq göstərilməsi üçün hansı yollardan istifadə edilməsini diqqətə gətirir”.

Xanım Klinton cümə günü Koffi Ananla Vaşinqtonda görüşüb növbəti addımları müzakirə edəcək.

“Rusiya və Çin öz nüfuzlarından istifadə edib qan tökülməsinə son qoymalıdır. Beynəlxalq ictimaiyyətə kömək etməlidirlər ki, Suriyada hökumətin səlahiyyətləri dinc yolla başqa hökumətə keçsin”, - deyə o qeyd edib.

XS
SM
MD
LG