Accessibility links

Hillari Klinton Rusiya ilə müqavilənin ratifikasiyasına təkid edir


Hillari Klinton Rusiya ilə müqavilənin ratifikasiyasına təkid edir
Hillari Klinton Rusiya ilə müqavilənin ratifikasiyasına təkid edir

ABŞ dövlət katibi Hillari Klinton deyir ki, Senatın Rusiya ilə nüvə silahının azaldılmasına dair sazişi ratifikasiya etməsi siyasətdən kənar saxlanılmalıdır. Klinton ABŞ televiziyasına NATO sammitinin keçirildiyi Lissabondan müsahibə verib. O, deyib ki, müqavilə siyasi məsələ deyil, həyat-ölüm məsələsidir. Eyni zamanda xanım Klinton əlavə edib ki, müqaviləni sual edən senatorların sualları düşünülmüş cavablara layiqdir. Dünən NATO sammitində Avropa Birliyi və Rusiya Birləşmiş Ştatları START adı ilə tanınan müqaviləni ratifikasiya etməyə çağırdı. Müqavilə ABŞ-ın NATO tərəfdaşları və yüksək rütbəli hərbi rəsmilər tərəfindən dəstəklənir. Lakin bəzi Respublikaçılar Amerikanın nüvə arsenalını 30 faiz azaldacaq sazişə skeptik yanaşırlar.

XS
SM
MD
LG