Accessibility links

Hillari Klinton Pxenyana sanksiyaların tətbiqində Çini əməkdaşlığa çağırıb


Pekində səfərdə olan ABŞ dövlət katibi Çində insan haqları məsələsindən də danışıb

ABŞ dövlət katibi Hillari Klinton Pekində iki tərəfli danışıqların açılışında Çini Şimali Koreya və İrana qarşı beynəlxalq cavabın hazırlanmasında əməkdaşlıq etməyə çağırıb. Xanım Klinton deyib ki, Şimali Koreya nüvə silahını sınaqdan keçirəndən sonra iki ölkə keçən il Pxenyana sanksiyaların tətbiqi üçün əməkdaşlıq etdi. Dövlət katibi həmçinin bu yaxınlarda İrana qarşı yeni ölçülərin tətbiqi barədə qətnamə layihəsinin qəbul olunması ilə nəticələnən BMT Təhlükəsizlik Şürasındakı danışıqları diqqətə çəkib. İnsan haqları barədə narahatlıqlarını ifadə edən xanım Klinton deyib ki, iki qüdrətli dövlət bütün məsələlərdə razılığa gələ bilməsə də, onları açıq şəkildə müzakirə edə bilər.

XS
SM
MD
LG