Accessibility links

Hillari Klinton prezidentliyə namizəd kimi seçicilər qarşısında ilk çıxışını edib


Hillari Klinton ABŞ prezidentliyinə namizəd kimi Nyu-Yorkda seçicilər qarşısında ilk çıxışını edib. Xanım Klinton orta sinfin problemlərini həll eməyə və imkanlarının genişləndirilməsinə söz verib. O eyni zamanda, çıxışında zarafat və həyatında şəxsi məqamlara da yer verib.

Nyu-Yorkda Ruzvelt parkında keçirilən görüş ABŞ-ın milli televiziyasında nümayiş etdrilib. Hillari Klinton deyib ki, o, iqtisadi tənəzzül nəticəsində ağır durumda olan insanlar da daxil olmaqla bütün amerikalıların prezidenti olmaq istəyir.

"Siz uğur qazanmasanız Amerika da uğur qazana bilməyəcək. Buna görə də mən ABŞ prezidentliyinə namizədliyimi irəli sürmüşəm" deyən xanım Klintonun sözləri "Hillari, Hillari" çağırışları ilə qarşılanıb.

"Rifah təkcə icraçı direktorlar və investisiya fondları rəhbərlərinə aid olmamalıdır. Demokratiya təkcə milyardçılara şamil olmur. Rifah və demokratiya sizin də sövdənizin bir hissəsidir"-deyə Hillari Klinton bildirib.

Demokrat partiyasından namizədliyini irəli sürmüş Hillari Klinton Respublikaçılar partiyasını kəskin tənqid edərək, partiyanın namizədlərinin çox hissəsinin elektoratın müxtəlif təbəqələrindən ayrı düşdüyünü bildirib.

Gecə növbəsində işləyən tibb bacıları, çilingərlər, fermerler, keçmiş hərbi qulluqçular və kiçik biznes sahiblərinə müraciət edən Hillari Klinton "Mən iqtisadiyyatın sizin və hər bir amerikalı üçün işləməsinə görə prezidentliyə namizədliyimi irəli sürmüşəm" deyib.

ABŞ-ın keçmiş Dövlət katibi, senatoru və birinci xanımı olmuş Hilliar Klinton seçicilərə onların problemlərini yaxşı başa düşdüyünü deyib.

Hillari Klinton kampaniyasına bazar günü Ayova ştatında başlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG