Accessibility links

Hillari Klintonun həkimi deyir ki, prezidentliyə Demokrat namizəd sətəlcəm xəstəliyi ilə diaqnoz edilib, ancaq hazırda “normal sağalır”.

Doktor Lisa Bardak bu bəyanatı Klinton Nyu Yorkda təşkil edilən 11 sentyabr anım törənini tərk etdikdən sonra verib. Tədbiri tərk edərkən Klinton büdrəyib və maşına minməyə çalışarkən dizinin qəfil qatlandığı müşahidə olunub.

Özümü əla hiss edirəm. Nyu Yorkda gözəl gündür.

Köməkçiləri namizədi istirahət etmək üçün qızı Çelsinin Nyu Yorkdakı mənzilinə aparıblar. Klinton küçədə bir uşağı qucaqlayıb və tərəfdarlarına əl yelləyib.

“Özümü əla hiss edirəm. Nyu Yorkda gözəl gündür,” deyə maşını tərk edən Klinton bildirib.

Doktor Bardak 68 yaşlı Klintonun müvazinətini itirməsini onun “qızması və dehidrasiya” olması ilə izah edib.

Hillari Klinton Əmək Günü festivalında nitqini dayandıraraq öskürür. Klivlend, Ohayo. 5 sentyabr, 2016.

Hillari Klinton Əmək Günü festivalında nitqini dayandıraraq öskürür. Klivlend, Ohayo. 5 sentyabr, 2016.

Həkim öskürəkdən əziyyət çəkən namizədi cümə günü müayinə edib və ona sətəlcəm diaqnozu qoyub. Sətəlcəm ağ ciyərin infeksiyaya yoluxmasından irəli gələn xəstəlikdir.

Hazırda Klinton antibiotiklər qəbul edir. Həkim ona istirahət etməyi və qarşıdakı günlərdə cədvəlini səhhətinə uyğunlaşdırmağı tövsiyə edib.

Klintonun Respublikaçı rəqibi Donald Tramp keçmişdə deyib ki, Klinton prezidentlik üçün tələb olunan enerjiyə malik deyil. Trampın bəzi tərəfdarları Demokrat namizədin sağlamlığını kampaniya predmetinə çevirməyə çalışıblar.

XS
SM
MD
LG