Accessibility links

Hillari Klinton Suriyadakı situasiya ilə bağlı açıqlama verib


Hillari Klinton Suriyadakı situasiya ilə bağlı açıqlama verib
Hillari Klinton Suriyadakı situasiya ilə bağlı açıqlama verib

ABŞ dövlət katibi Hillari Klinton Afrika turunda NATO missiyasından, Suriyada və Liviyada baş qaldıran xalq üsyanlarından söz açıb.

Xanım Klinton bildirib ki, Suriya hökuməti üsyanı yatırmaq üçün öz xalqına qarşı "dəhşətli hücumlar" törədir. Lakin televiziya müsahibəsində Klinton aydın edib ki, ABŞ NATO-nun Liviyada etdiyi kimi Suriyaya müdaxilə etmək məramında deyil.

Dövlət katibinin sözlərinə görə Liviya məsələsində Ərəb Liqası beynəlxalq müdaxilə üçün müraciət etmişdi. Lakin Suriyaya gəldikdə regional liderlər pərdə arxasında danışıqlar apararaq zorakılılqara son qoymağa səy göstərirlər. Xanım Klinton bildirib ki, ABŞ regional firquların söylədiklərinə diqqətlə qulaq asır.

Hillari Klinton beş günlük Afrika turunun ikinci dayanacağı olan Tanzaniyaya gəlib. Bu arada onun prezident Cakaya Kikvete ilə danışıqlar aparacağı daha sonra isə Efiopiyaya yollanacağı gözlənilir.

XS
SM
MD
LG