Accessibility links

ABŞ prezidentliyinə namizədlər biri-birilərinin iqtisadi planlarını tənqid edib


ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp Detroyt şəhərində bir qrup biznes lideri ilə görüşməzdən əvvəl etdiyi çıxışında ölkə iqtisadiyyatını inkişaf etdirilməsi ilə bağlı fikirlərini açıqlayıb.

Onun təkliflərinə fərdi şəxslər və korporasiyalar üçün vergi rüsumlarının endirilməsi, onun dediyi kimi, biznes qarşısında maneələr yaradan qaydaların ləğvi və ABŞ-ı Trans-Sakit Okean Əməkdaşlığından çıxarmaq daxildir.

O, demokrat rəqibi, sabiq Dövlət katibi Hillari Klintonun iqtisadi planlarının əksini istədiyini bildirib.

“Hillari Klinton eyni şeylər, vergilərin daha da artırılması, nəzarətin tətbiq edilməsi, daha çox bürokratiya, Amerika enerjisi və istehsalına daha artıq məhdudiyyətlərin tətbiq edilməsini istəyir. Amerikanı zəiflətmək istəyən xarici gücsənsə, Hillarinin iqtisadi planından daha yaxşısını edə bilməzsən” deyə Tramp bildirib.

Florida ştatında çıxışı zamanı Trampın iqtisadi planı haqda danışan Klinton onun köhnə ideyaları yeni ideya kimi səsləndirdiyini deyib.

“Onun vergi planları nəhəng korporasiyalara və özü kimi zəngin insanlara və onun çıxışını yazan insanlara böyük vergi güzəştləri edəcək” deyə Hillari Klinton bildirib.

Hillari Klinton bu həftə öz iqisadi planını açıqlamağa hazırlaşır.

XS
SM
MD
LG