Accessibility links

Hillari Klinton xəstəxanaya çatdırılıb


Hillary Clinton hospitalized

Hillary Clinton hospitalized

ABŞ dövlət katibi Hillari Klinton son kontuziyadan sonra tromb diaqnozu ilə xəstəxanaya aparılıb.

Dövlət Departamenti bildirir ki, xanım Klintonun həkimləri yoxlama analizinin ardınca dünən tromb tapıblar.

O, son həftələrdə xəstə idi və mədə virusundan əziyyət çəkirdi. Bu virus dövlət katibini ictimai görüşlərini və səfərlərini təxirə salmağa məcbur edib.

Milad bayramı ərəfəsində xanım Klintonun bədənində su çatışmazlığı olub və o, huşunu itirərək yıxılan zaman kontuziya alıb.

Nyu-Yorkun Presbiterian xəstəxanasının həkimləri dövlət katibini tromba qarşı dərmanlarla müalicə edirlər.

Dövlət Departamenti bildirib ki, həkimlər xanım Klintonun durumunu qiymətləndirməkdə davam edəcək və əlavə ölçülərə ehtiyac olub-olmadığını müəyyən edəcək.
XS
SM
MD
LG