Accessibility links

Hillari Klinton Ukrayna prezidenti ilə görüşüb


Hillari Klinton Ukrayna prezidenti ilə görüşüb
Hillari Klinton Ukrayna prezidenti ilə görüşüb

Sabah xanım Klinton Polşaya səfər edəcək

Birləşmilş Ştatların dövlət katibi Ukraynanın paytaxtı Kiyev şəhərində Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşüb. Viktor Yanukoviç 2004-cü ildə Naırıncı İnqilabdan sonra hakimiyyət başına gələn sələfi Viktor Yuşenko müqayisəsə daha Rusiyapərəst hesab edilir. Lakin fevral ayında prezidentlik vəzifəısinə başlayan kimi cənab Yanukoviç qərbə barışıq siqnalı göndərərək, ilk səfərini Moskvaya deyil Brüsselə etdi. Aprel ayında Vaşinqtonda prezident Obamanın da iştirak etdiyi Nüvə Təhlükəsizliyi sammitində cənab Yanukoviç ölkəsində bir neçə nüvə silahı hazırlanmasına kifayət edəcək 90 kq zənginləşdirilmiş uranı təhvil verməyə hazır olduğunu bildirmişdi.

ABŞ dövlət katibinin Avropa məsələləri üzrə yardımçısı Filip Qordon Ukraynanın Rusiya ilə yaxınlaşmağa haqqı olduğunu , lakin cənab Yanukoviçin Avropa dövlətləri və ABŞ-la münasibətini yaxşılaşdırmaq istəyini alqışlayıb.

Ukraynaya səfərindən sonra xanım Klinton Polşaya səfər edərək, həmin ölkənin xarici işlər naziri Radoslav Sikorski ilə müzakirələr keçirəcək. Dövlət katibi prezident Lex Kaçinski də daxil edilməklə, Rusiyada təyyarə qəzasında həlak olan, Polşa liderlərinin anım mərasiminə qatılacaq. Daha sonra ABŞ dövlət katibi Azərbaycan və Ermənistanda Dağlıq Qarabağ münaqişənin nizamlanması iqtiqamətində danışıqlar keçirəcək. Hillari Klinton səfərinə bazar ertəsi günü Gürcüstanda yekun vuracaq.

XS
SM
MD
LG