Accessibility links

Hillari Klinton:İranla nüvə müzakirələrinin bərpası nəticə verə biləcək səylərin davamı ola bilər

  • Amerikanın səsi

Hillari Klinton:İranla nüvə müzakirələrinin bərpası nəticə verə biləcək səylərin davamı ola bilər

Hillari Klinton:İranla nüvə müzakirələrinin bərpası nəticə verə biləcək səylərin davamı ola bilər

ABŞ dövlət katibi Hillari Klinton aparıcı qüdrətlərin İranla nüvə müzakirələrinin bərpasının nəticə verə biləcək səylərin davamı ola biləcəyini deyib. Dövlət Departamentində Avropa İttifaqının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Katrin Eştonla bərabər danışan xanım Klinton deyib ki, Amerika, Avropa İttifaqı və onların tərəfdaşları İranın müzakirələrin bərpası təklifini nəzərdən keçirir. “Beynəlxalq ictimaiyyət İranın hazırlıqlı şəkildə müzakirələr masası arxasına keçməsini gözləyir”-deyə ABŞ dövlət katibi bildirib.

Avropa İttifaqının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Katrin Eşton isə İranın nüvə müzakirəçisi Səid Cəlilidən alınan məktubun sevindirici xəbər kimi qiymətləndirib. O, vəziyyətlə bağlı ehtiyatlı, lakin nikbin olduğunu vurğulayıb.

XS
SM
MD
LG