Accessibility links

Hillari Klinton: Xarici siyasət iqtisadi maraqlar üzərində qurulmalıdır.

  • Amerikanın səsi

Hillari Klinton: Xarici siyasət iqtisadi maraqlar üzərində qurulmalıdır.

Hillari Klinton: Xarici siyasət iqtisadi maraqlar üzərində qurulmalıdır.

ABŞ dövlət katibi Hillari Klinton deyir ki, iqtisadi maraqlar Amerika xarici siyasətinin mərkəzi sütununu təşkil etməlidir.

Nyu York şəhərində söylədiyi nitqdə Klinton biznes liderlərinə bildirib ki, Braziliya və Hindistan meydana çıxmaqda olan qüdrətlər iqtisadiyyatı xarici siyasətlərinin əsas prinsipinə çeviriblər. O, ABŞ-ı da eyni yanaşma sərgiləməyə səsləyib.

Klinton Çini valyuta manipulyasiyasında ittiham edərək Pekinin bu siyasətinin ABŞ və başqa ölkələrdə iş yerlərinin itirilməsinə gətirib çıxardığını söyləyib.

Dövlət katibi ABŞ-ın Sakit Okean boyunca Asiya ilə iqtisadi təmasları gücləndirməyə çağırıb. O, deyib ki, Avropa ilə Trans-Atlantik münasibətlər Asiyada duplikasiya edilməlidir.

XS
SM
MD
LG