Accessibility links

Hillary Clinton: ABŞ NATO-nun Liviyadakı missiyasını sonadək dəstəkləyəcək


Hillary Clinton: ABŞ NATO-nun Liviyadakı missiyasını sonadək dəstəkləyəcək
Hillary Clinton: ABŞ NATO-nun Liviyadakı missiyasını sonadək dəstəkləyəcək

ABŞ dövlət katibi Hillary Clinton deyir ki, ABŞ NATO-nun Liviyadakı missiyasını məqsədə çatılanadək dəstəkləyəcək.

Berlində NATO xarici işlər nazirləri ilə danışan Clinton deyir ki, koalisiyanın Liviya lideri Müəmmər Qəzzafi qarşısında vəhdət göstərməsi mühümdür.

Alyasın üzvləri son günlərdə bir-birləri ilə polkovnik Qəzzafiyə qarşı bombardman kampaniyasını genişləndirmək barədə mübahisə edirlər. Britaniya və Fransa müttəfiqləri hərbi əməliyyatlara daha fəal cəlb olunmağa çağırdıqları halda ABŞ öz rolunu qismən azaldıb.

Üsyançılar hökumət qüvvələrindən aldıqları bir neçə şəhərə nəzarəti əldə saxlamaq üçün çarpışırlar. Bu gün Qəzzafi qüvvələrinin Misrata şəhərinə raket atması nəticəsində azı doqquz adam ölüb. Üsyançılar Qəzzafi tərəfdarlarını mülki vətəndaşları hədəf almaqda günahlandırıblar.

XS
SM
MD
LG