Accessibility links

Hillari Klinton yeni kitabının beynəlxalq turuna çıxıb [Video]


Hillari Klinton kitabının beynəlxalq turuna çıxıb
please wait

No media source currently available

0:00 0:02:44 0:00
Sabiq birinci xanım, senator və dövlət katibi Hillari Klinton müəllifi olduğu “Çətin Seçimlər” kitabının beynəlxalq turuna çıxıb. Hillari Klintonun kitab turu Nyu-Yorkun “Barnes and Noble” kitab mağazasından start götürdü.
Xanım Klintonu salamlamaq və xatirə avtoqrafı almaq üçün yüzlərlə insan növbəyə düzülmüşdü. Növbədə gözləyən bu qadın Hillari Klintonun ağıllı və həddən artıq istedadlı və hökumətdə müxtəlif vəzifələrdə işləmək üçün təcrübəsi olduğunu deyir.

Siyasi təhlilçilər və jurnalistlər Klintonun hələlik elan etməsə də, bu kitabın 2016-cı ildə onun prezident seçkilərində iştirakına işarə olduğunu deyirlər. 1990-cı illərdən bəri Klintonu izləyən Vaşinqton Post qəzetinin müxbiri Anna Gearan memuarın erkən nüsxəsini alıb. “Bu kitab insanları bir növ nigaran dururma salır: “Görəsən o, namizəd olacaq yoxsa yox?” - deyə, insanlar sual edir.”

“Çətin Seçimlər” kitabında xanım Klinton bir dövlət katibi kimi özünün qərarlarına nəzər salıb və bir diplomat kimi qadınların imkanlarının genişləndirilməsi, yoxsulluq problemləri kimi özünə yaxın olan məsələlərə toxunub.
Rantiqa de Silva de Alvis xanım Klintonun və bir neçə qadın kollecinin təsis etdiyi “Qadın İctimai İşlərdə” layihəsinə başçılıq edir. “Dövlət katibi Klinton dünya boyu qadınların səslərini gücləndirmək üçün çox səy göstərib. Qadınlar onun liderliyi ilə aktivləşib. O yalnız Birləşmiş Ştatlar deyil, bütün dünya qadınlarına bizlərdən biri olduğunu göstərir.”

“Mən anamdan yaxşı bir partizan və ya tərəfdaş obrazı təsəvvür etmirəm” deyə Hillari Klintonun qızı Çelsi bildirir.

Klintonun qızı Çelsi və həyat yoldaşı, sabiq president Bill Klinton ona həmişə bərabər dəstək veriblər. Xanım Klinton illik “Qlobal Klinton Səyləri” yığıncağına qatılmaq üçün kitab turunu yarımçıq qoyaraq, ailəsi ilə birlikdə Denverə gedir. Lakin Vaşinqton Postun müxbiri Anna Giaran deyir ki, Klinton güman etməməlidir ki, kitab turu yalnız
müsbət rəylər doğuracaq.

Hillari Klintonun kitabının 24 saat ərzində 40 000 nüsxəsi satılıb. Sabiq dövlət katibinə yaxın insanlar ona dəstək olmaq üçün daha çox kitabın satılacağına ümid bəslədiklərini deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG