Accessibility links

ABŞ hökuməti Çin sığorta şirkəti və Hilton arasında saıtş haqda müqaviləni nəzərən keçirəcək


ABŞ hökuməti Hilton şirkətinin Nyu-Yorkda yerləşən Valdorf Astoria hotelini Çinin sığorta şirkətinə satılması haqda razılaşmanı nəzərdən keçirir.

ABŞ-ın BMT-dəki sözçüsü keçən həftə Anbanq Sığorta şirkəti ilə satışa dair əldə olunmuş 1,95 milyard dollarlıq müqavilənin nəzərdən keçirildiyini bildirib. O, razılaşmada mehmanxananın tam təmiri haqda qeyd olunan bəndin əsas diqqət mərkəzində olduğunu deyib.

Valdorf Astoria mehmanxanası 50 ildən artıq bir müddətdir ABŞ-ın BMT-dəki nümayəndələrinə xidmət göstərib.

Hər il sentyabr ayında ABŞ Dövlət departamenti mehmanxananın iki mərtəbəsini tutaraq, hotelin bu hissəsini BMT-nin Baş Assambleyasının işində iştirak edən Vaşinqton nümayəndə heyətinin qərargahına çevirib.

Satışa dair razılaşmaya əsasən, mehmanxana gələcək 100 ildə Hilton şirkəti tərəfindən idarə olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG