Accessibility links

Hindistan: ABŞ-la diplomatik qalmaqalla əlaqədar qarşıdurma mövcud deyil


Devyani Xobraqade
Devyani Xobraqade
Hindistan Birləşmiş Ştatlarla Nyu-Yorkda hind diplomatın həbs edilməsi və yoxlanması ilə əlaqədar qarşıdurmanın olmadığını bildirib.

Hindistanın Xarici İşlər naziri Salman Xurşid iki ölkənin Nyu-Yorkda viza saxtakarlığı ilə bağlı həbs edilən diplomat Devyani Xobraqadenin Hindistana göndərilməsindən sonra mövcud fikir ayrılıqlarını həll edə biləcəyini deyib.

ABŞ və Hindistan arasında mübahisə Amerika polisinin Hindistanın Nyu-Yorkdakı baş konsulunun müavini Xobraqadeni həbs etməsindən sonra yaranıb. ABŞ prokurorları bildirib ki, münsiflər məhkəməsi Xobraqadenin xadiməsinə ölkədə qəbul edilmiş minimum əmək haqqından daha az maaş ödəməkdə və qadının viza statusu ilə əlaqədar yanlış məlumat verməkdə günahkar tanıyıb.

ABŞ güzəşt olaraq, Xobraqadenin diplomatik toxunulmazlığı məsələsini qaldıraraq, onun ölkədən getməsinə imkan yaradıb.

Hindistan cavab olaraq, ABŞ diplomatının ölkədən çıxarılmasını tələb edib.

Medianın verdiyi məlumata əsasən, ABŞ-ın Dehlidən geri çağırdığı diplomat Veyn Mey Xobraqadeyə qarşı işin qaldırılmasında mühüm rol oynayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Amerika diplomatının Hindistandan çıxarılması ilə məsələnin həll olunacağına inandığını bildirib.

ABŞ-ın ittihamnaməsində Xobraqadenin xadiməyə saatda iki dollardan aşağı maaş verdiyi və onu həftədə 100 saat işlməyə məcbur etdiyi deyilir. Hindistan diplomatı bu ittihamları rədd edib və yanlışlığa yol verildiyini bildirib.

ABŞ rəsmiləri ona qarşı ittihamların qaldırılmayacağını və Xobraqade Amerikaya qayıtdıqda bu ittihamlarla qarşılacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG