Accessibility links

Hindistan polisi deyir ki, Dehlidə tələbənin cinsi zorakılığında təqsirli bilinən müttəhimlərdən biri həbsxanada özünə qəsd edib.

Tihar həbsxanasının rəsmisi deyir ki, Ram Singh bu səhər paltarı ilə özünü asıb.

Lakin Singhin valideyinləri və vəkil onun həbsxanada öldürüldüyünü deyir. Onlar müttəhimin əlindən aldığı yaraya görə özünü asa bilmədiyində iddia edir.

Singhin atasi deyib ki, oğlu onun həyatını təhdid edən digər məhbuslar tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirmişdi.

Singh dekabr ayında 23 yaşlı tələbənin iki saatdan çox zorlandığı avtobusun sürücüsü olub. Tələbə daxili zədələri çox şiddətli olduğuna görə iki həftə sonra həyatını itirmişdi.

Singh təcavüz edən beş nəfərə və bir yeniyetməyə başçılıq etmək qismində ittiham olunurdu. Beş nəfərin məhkəməsi keçən ay xüsusi məhkəmədə başlayıb. Yeniyetmənin məhkəməsi isə keçən həftə başlayıb.
XS
SM
MD
LG