Accessibility links

Hindistanda daşqınlar yüz minlərlə insanı didərgin salıb


Hindistanın şimal-şərqində yağan güclü musson yağışları nəticəsində ən azı 27 nəfər həlak olub, yüz minlərlə insan evindən didərgin düşüb.

Rəsmilər bildirir ki, bir neçə gün güclü yağışla müşayiət olunan yer sürüşmələri və sel suları nəticəsində Assam ştatında iki minə qədər kənd su altında qalıb.

Bölgənin bir çox böyük çaylarında suyun səviyyəsi artdığı üçün didərgin düşmüş insanlar yüksək ərazilərdə sığınacaqlarda və çadırlarda məskunlaşıb.

Rəsmilərin bildirdiyinə görə, bəzi bölgələrdə ərzaq çatışmazlığı yaranıb və xilasedicilər anklavlarda ilişib qalmış kənd sakinlərinə havadan ərzaq paketləri atıb.

Son günlər qonşu Banqladeşdə də güclü daşqınlar və yer suruşmələri 110 nəfərin ölümünə səbəb olub.
XS
SM
MD
LG