Accessibility links

Hindistan rəsmiləri Devyani Xobraqadeyə qarşı ABŞ-ın ittihamlarını əsassız hesab etdir


Hindistan xarici işlər naziri ABŞ-ın Nyu-York şəhərində viza fırıldaqçılığına görə həbs edilən Hindistan diplomatına qarşı ittihamları dayandırmağı tələb edib. Salman Xurşud müxbirlərə cinayətkar kimi rəftar edilən Devyani Xobraqadeyə qarşı ABŞ-ın ittihamlarını Hindistanın əsassız hesab etdiyini deyib.

Nazir deyib ki, Hindistan diplomatına qarşı irəli sürülən bütün ittihamların dərhal ləğv edilməsini tələb edir. Hindistan rəsmisi məsələ ilə bağlı ABŞ dövlət katibi Con Kerri ilə də danışacağını deyib.

39 yaşlı Xobraqade xidmətçi qismində ABŞ-a gətirdiyi Hindistan vətəndaşının viza müraciətinə dair yalan bəyanat verməkdə təqsirləndirilir.

Manhettanda fəaliyyət göstərən vəkil Prit Bharara açıqladığı bəyanatda Xobraqadeyə qarşı əksəriyyəti Amerika vətəndaşı olan cinayətkarlardan daha mülayim davranıldığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG