Accessibility links

Hindistanda elektrik tam şəkildə bərpa edilib


600 milyon adam işıqsız qaldığı Hindistanda elektrik tam şəkildə bərpa edilib. Hindistanın 20 ştatında dəmir yolu xidmətinin kəsilməsi və işıqforların işləməməsi ciddi problemlər yaratmışdı.

Qərbi Benqal ştatında yüzlərlə şaxtaçı mədənlərdə ilişib qalıb.
Elektrik şirkətləri problemin öhdəsindən gələ bilmədiyi üçün ciddi tənqidlərə məruz qalıb.

Hindistanın Energetika naziri Suşil Kumar Şinde ştatları müəyyən edilmiş normadan daha artıq enerjidən istifadə etməkdə günahlandırıb.

Lakin Energetika Şəbəkəsi Korporasiyasının rəhbəri RN Nayak nəticələr çıxarmağın hələ tez olduğunu deyib.

Elektrik kəsilməsi Hindistanda adi hala çevrilib. 1.2 milyarddan çox əhalisi olan bu ölkədə elektrik əsasən kömürdən hasil edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG