Accessibility links

Hindistan iki raket sınağı keçirib


Uçuş mərkəzinin direktoru deyib ki, qısa mənzilli və yer-yer tipli raketlər uğurla sınaqdan keçib

Hindistan nüvə daşımaq qabiliyyətinə malik iki raketi sınaqdan keçirdiyini bildirir. Hindistan rəsmilərinin sözlərinə görə, Danuş raketi bu gün Benqal körfəzində hərbi gəmidən buraxılıb. İkinci raket olan Prisvi Şandipurda uçuş mərkəzindən havaya buraxılıb. Mərkəzin direktoru S.P Dəş deyib ki, qısa mənzilli və yer-yer tipli raketlərin sınağı uğurlu olub və bütün funksiyaları yetirə yetirib. Hindistan və Pakistan vaxtaşırı raket sınaqları keçirir. 1947-ci il bölünməsindən sonra iki ölkə arasında 3 müharibə baş verib. Bu iki qonşu ölkə 1998-ci ildə isə nüvə silahını sinaqdan keçiriblər. Rəqib qonşular həmçinin BMT-nin nüvə silahlarının yayılmamasına dair müqaviləyə qoşulmayan nüvə silahına malik ölkələr arasındadır.

XS
SM
MD
LG