Accessibility links

Hindistanda daşqınlar 69 nəfərin həyatına son qoyub


Hindistanda qida daşınmasına və sakinlərin xilasına kömək üçün hərbi qüvvələr səfərbər edilib. Ölkədə güclü yağışlar nəticəsində baş verən daşqınlar 69 nəfərin ölümünə və minlərlə insanın evsiz qalmasına səbəb olub.

Hindistan Daxili İşlər Nazirliyinin rəsmiləri bildiriblər ki, daşqınlar nəticəsində on minlərlə insanı xilas etmək üçün Uttarakhan vilayətinə hərbi təyyarə göndərilib.

Vilayət rəsmiləri qida və su təminatı üçün 32 düşərgə qurub. Təxminən 5000-ə yaxın zəvvar və turist Qanqes çayı boyunca yerləşən müqəddəs ziyarətgah zamanı daşqının təsirinə məruz qalıblar. Qanqes hindistanlılar üçün müqqəddəs yerlərdən biridir.

Nazirlik daşqının yolları, 20-ə yaxın körpünü və Uttrakhandda 365 evi dağıtdığını bildirib.

Dövlət rəsmilərinin bəyanatında həmçinin 46 nəfərin yaralandığı və 22 sakinin itkin düşdüyü deyilir.

Minlərlə insanın düşərgəyə köçürülməsinə yardımçı olan 5000-dən çox hərbçi onları qida və tibbi ləvazımatla təmin edib.

Güclü yağış nəticəsində yaranan daşqınlar Hindistanda hər il qeyd alınır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG