Accessibility links

Con Kerri: Hindistan qlobal səhnədə üzərinə daha böyük məsuliyyət götürməlidir


ABŞ dövlət katibi Con Kerri Hindistanı qlobal səhnədə üzərinə daha böyük məsuliyyət götürməklə bu sahədə ABŞ-la əməkdaşlıq etməyə səsləyib.

Dehli Texnoloji İnstitutunun kampusunda çıxış edən Kerri deyib ki, dünyanın iki böyük demokratik ölkələri arasında əməkdaşlığın davam etdirilməsi qlobal problemlərlə üzləşdikdə əvvəlkilərdən fərqli təhlükəsizlik tədbirlərinin görülməsini tələb edir.

Kerri əlavə edərək bildirib ki, qabaqçıl dövlətlər sərhədlərindən kənarda baş verən təhlükələrə məhəl qoymaya bilməz. Ona görə ki, qarşılıqlı, qlobal dünyada bu təhlükələrin sərhədi aşa bilməsi qaçılmaz deyil.

Kerri eyni zamanda Pekinin Cənub Çin Dənizində hərbiləşdirməsindən yaranan regional təhlükəsizlik problemlərini xatırladıb. Kerri bu regional problemin hərbi yolla həllinin olmadığın bildirib.

XS
SM
MD
LG