Accessibility links

Hindistan Kəşmirində bu gün yeni zorakılıqlar nəticəsində ölənlərin sayı 100-ə çatıb

  • Amerikanın səsi

Polis qadağan saatına təsadüf edən vaxt dəfn mərasimində iştirak edən bir nəfəri öldürüb

Hindistan Kəşmirində bu gün yeni zorakılıqlar nəticəsində ölənlərin sayının 100-ə çatdığı bildirilir. Regionda hökumət əlehinə nümayişlər iyun ayından başlayıb. Hökumət qüvvələri bu gün ayrı-ayrı insidentlər zamanı iki nəfəri qətlə yetirdiyini bidirir. Polis qadağan saatına təsadüf edən vaxt dəfn mərasimində iştirak edən bir nəfəri öldürüb. Kəşmirin cənubunda Anantnaq vilayətində minlərlə insan dəfn mərasiminə qoşulub. Sakinlər vəfat edən şəxsin polis tərəfindən təqib edilərkən çaya düşərək boğulduğunu bildiriblər. Rəsmilər bildirib ki, polis mərasim iştirakçıları Hindistan tərəfdarı siyasətçinin evini yandırmağa cəhd edən zamn atəş açıb. Paytaxt Şrinaqardan şimal-qərbdə Palhan vilayətində də əsgərlər daş atan yüzlərlə nümayişçiyə atəş açaraq bir nəfəri öldürüblər.

XS
SM
MD
LG