Accessibility links

Hindistan Kəşmirində polis hökumət əlehdarı etirazçıları atəşə tutub


Budgam mahalında kommendant saatının qüvvədə olmasına baxmayaraq, artıq 5 gündür ki, hökumətə qarşı etiraz aksiyaları davam edir

Hindistan Kəşmirində polisin hökumət əlehdarı etirazçıları atəşə tutması nəticəsində bir nəfər həlak olub, 5 nəfər yaralanıb. Budgam mahalında kommendant saatının qüvvədə olmasına baxmayaraq, artıq 5 gündür ki, hökumətə qarşı etiraz aksiyaları davam edir. Himalay regionunda vəziyyət gərgin olaraq qalır, ordu və polis zorakılıqları yatırmağa çalışır. İyun ayından bəri davam edən etiraz nümayişlərində həlak olanların sayı 95 nəfərə çatıb. Hökumət rəsmilərinin bildirdiyinə görə, Dehli Kəşmirə nümayəndə heyəti göndərəcək. Heyət vəziyyətin sakitləşdirilməsi təşəbbüsləri üçün məlumat toplamalıdır.

XS
SM
MD
LG