Accessibility links

Hindistanın qərbi Raiqad əyalətinin rəsmilərinin bildirdiyinə görə, çərşənbə axşamı çay üzərindəki körpünün uçması nəticəsində 22 nəfər itkin düşüb.

Raiqad rəsmisi Şital Uqalenin Associated Press-ə verdiyi məlumata əsasən körpünün uçması ilə iki avtobus Savitri çayına düşüb.

“Biz o avtobusların izini tapa bilmirik. Onlar son dayanacaqlarına çatmayıb. İki avtobus, hər birində 9 sərnişin olmaqla ümumi olaraq 18 sərnişin, iki konduktor və iki sürücü var. Yəni biz düşünürük ki, avtobusların işində cəmi 22 nəfər olub."

Xilasedicilər çərşənbə axşamı gecə saatlarında Bombey-Qoa avtomagistralı üstündə yerləşən tək istiqamətli körpünün çökməsindən sonra nə avtobusları tapıb, nə də hər hansı bir insanı xilas edə bilib.

1940-cı illərdə inşa edilən körpünün çökməsinin mümkün səbəbi musson yağışlarının güclü axınları nəticəsində zədələnməsidir.

Son zamanlar Hindistanın bir çox hissəsində güclü yağışlar yağıb. Musson mövsümü iyun ayından sentyabradək davam edir.

XS
SM
MD
LG