Accessibility links

Hindistanın Mumbay şəhərində 2008-ci ildə terror hücumunda rol aldığına görə ABŞ-da həbsxanada olan pakistanlı-amerikalı Deyvid Headley Hindistan məhkəməsinə bildirib ki, Pakistanda yerləşən terror təşkilatı Ləşkər-Taiba həmin hücumdan bir ay əvvəl iki dəfə terror hadisəsi törətməyə cəhd edib, lakin bu, baş tutmayıb.

Deyvid Hedley terror hücumunda əli olduğuna görə 35 il azadlıqdan məhrum edilib. Həmin vaxt hücumda 166 nəfər həlak olmuşdu. O, video yayım vasitəsilə ABŞ-dan Hindistan məhkəməsi qarşısında izahat verib.

Hedlini təmsil edən vəkil Maheş Cetmalani onun ifadəsi haqda jurnalistlərə açıqlama verib.

İttihamçı Ujval Nikam jurnalistlərə bildirib ki, Hedley Ləşkar-Taiba təşkilatına 2002-ci ildə qoşulduğunu deyib. O Hafız Saidin mühazirələrinə qulaq asdıqdan sonra qrupun təsisçisi onları Kəşmiri Hindistan rejimindən azad etmək məqsədilə cihada çağırıb.

Mumbayda 2008-ci ildə baş verən hücuma görə Hindistan və Pakistan bir birlərini kifayət qədər ölçü almamaqda ittiham edirlər. Hindistan Pakistanı hadisəni törədənləri cəzalandırmamaqda günahlandırır. İslamabad isə Yeni Delhini hadisə ilə bağlı kifayət qədər sübut təqdim etməməkdə ittiham edir.

XS
SM
MD
LG