Accessibility links

Hindistan əsgərlərin ölümünə görə Pakistanın məsuliyyət daşıdığını bildirir


Hindistan mübahisəli Kəşmir regionunda Hindistan əsgərlərinə hücumda Pakistanı ittiham edib.

Hindistanın Müdafiə naziri A.K.Antoni deyib ki, çərşənbə axşamı günü Hindistanın hərbi keşik məntəqəsinə hücumda Pakistanın xüsusi təyinatlı qüvvələrinin əli olduğu aydındır. Hücum zamanı Hindistanın beş əsgəri həlak olub.

Pakistan əsgərlərin ölümündə əli olduğunu inkar edib.

Pakistanın Baş naziri Nəvaz Şərif deyib ki, həm Hindistan, həm də onun ölkəsi sərhəddə atəşkəsi bərpa etməlidir.

Cənab Şərif Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyasında hindli həmkarı manmohan Sinqlə görüşə hazırlaşdığını deyib.

Pakistan öz növbəsində Hindistan qüvvələrini sərhəddə pakistanlı mülki vətəndaşın yaralanmasında ittiham edib.

İnsidentlər iki ölkəin yanvar ayında sülh danışıqlarına yenidən başlamağa hazırlaşdığı vaxta təsadüf edir.

Hindistan Kəşmirinin naziri Ömər Abdulla Tvitter hesabında yazdığı mesajda bu insidentlərin Pakistanla münasibətlərin yaxşılaşdırlmasına kömək etməyəcəyini deyib və İslamabadın son zamanlar sülhə cəhdləri ilə bağlı suallar qaldırıb.

Hindistan və Pakistanda bölünmüş Kəşmirə nəzarət uğrunda mübarizə aparır.
XS
SM
MD
LG