Accessibility links

Hindistan paytaxtında partlayış olub

  • Amerikanın səsi

Hindistan paytaxtında partlayış olub

Hindistan paytaxtında partlayış olub

Hindistan paytaxtında ali məhkəmə binası qarşısında baş verən partlayış nəticəsində azı 11 adam həlak olub, 76 nəfər yaralanıb.

Polis inanır ki, partlayış çemodana yerləşdirilmiş orta intensivliyə malik bombanın detonasiyası nəticəsində baş verib. Partlayışin episentiri Yeni Dehlidəki məhkəmə binasının darvazası olub.

Banqladeşdə səfərdə olan Hindistan baş naziri Manmohan Sinqh partlayışı pisləyərək hindliləri birliyə çağırıb.

Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Yusif Raza Gilani də hücumu dərhal pisləyərək əməl sahiblərinin mühakimə olunacağına ümidlərini izhar ediblər.

Əl Qaida ilə əlaqəli və regionda aktiv olan Hərəkət ül-Cihad email mesajında məsuliyyəti öz üzərinə götürüb. Hakimiyyət orqanları təhqiqat aparırlar.

XS
SM
MD
LG