Accessibility links

Hindistanda hakim koalisiyanın namizədi Pranab Mukerce keçən həftə ölkədə keçirilən prezident seçkisinin qalibi elan edilib.

Hindistan mətbuatında verdiyi məlumata əsasən, Konqres Partiyasının lideri Hindistanın 13-cü prezidenti olmaq üçün milli və ştat qanunvericilərinin kifayət qədər səsini alıb.

Pranab Mukerce Dehlidə evinin qarşısında tərəfdarlarını salamlayıb və Hindistan xalqına təşəkkürünü bildirib.

76 yaşlı Pranab Mukerce prezident seçilmək üçün keçən ay maliyyə naziri vəzifəsindən istefa vermişdi. Bundan əvvəl o, Hindistanın xarici işlər və müdafiə naziri vəzifələrini tutmuşdur.
XS
SM
MD
LG