Accessibility links

Hindistanda qatar qəzasında ölənlərin sayı 142 nəfərə çatıb. Xilasedicilər vaqonlarda daha artıq cəsəd olduğu barədə xəbərdarlıq edib. 220 nəfər xəsarət alıb. Onların 75-nin vəziyyəti ağırdır. 14 vaqonlu qatarın relsdən çıxmasına nəyin səbəb olduğu məlum deyil.

Hindistanın baş naziri Narendra Modi Twitter hesabında ölənlərin ailələrinə başsağlığı verib.

Dəmir yolu naziri Sureş Prabhu parlamentin aşağı palatasındakı çıxışı zamanı qəza ilə bağlı ciddi təhqiqat aparılacağına söz verib.

Qatarda 2 mindən artıq sərnişin olduğu bildirilir. Çoxlarının yersiz və bilietsiz olduğu ehtimal edildiyi üçün sərnişinlərin sayı dəqiq bilinmir.

Dünyanın ən böyük dəmir yolu sisteminə malik olan Hindistanda bu kimi qəzalar nadir hal deyil.

Hindistan hökumətinin 2012-ci il hesabatında hər il dəmir yolu qəzalarında 15 mindən artıq adamın öldüyü bildirilmiş və bu sayda həyat itkisi kütləvi qırğın kimi qiymətləndirilmişdi.

Show comments

XS
SM
MD
LG