Accessibility links

Hindistan siyasətçisi partiyasının məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürdü


Hindistanın aparıcı siyasətçisi Rahul Qandi ölkənin ən çox əhalisi olan Uttar Pradeş ştatında hakim Konqres partiyasının məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.

Hakim Konqres partiyası Uttar pradeş ştatında dördüncü yerdə gəlmiş və seçkilər keçirilən beş ştatdan yalnız birində müvəffəq olmuşdur.

Qandi deyir ki, Uttar Pradeşdəki kampaniyanın rəhbəri olaraq məğlubiyyətə görə məsuliyyət onun üzərinə düşür. O, göstəriciləri partiyanın pis təşkilatçılıq fəaliyyəti ilə izah edib. O, deyib ki, seçkiləri uduzmaq onun üçün yaxşı dərs olub və gələcəkdə detallara daha diqqətli olacaq.

Qandi Konqres partiyasının baş katibidir.

XS
SM
MD
LG