Accessibility links

Elm

Hindistanda texnologiya startup-ları investorları cəlb edir [Araşdırma]


Hindistanda pərakəndə, rəqəmsal reklamdan tutmuş dərsliklərin kirayəsinə qədər fərqli sahələrdə yeni onlayn şirkətlər getdikcə artmaqdadır. Dövlət bu gənclərə şirkətlərini inkişaf etdirməkdə kömək edir. Böyük texnologiya şirkətləri isə Hindistan texnologiya şirkətlərinə investisiya gözü ilə baxır.

İki dostu ilə birliktə 32 yaşlı Caidip Mançanda dörd ay əvvəl işdən çıxaraq www.aqugen.com onlayn şirkətini qurub. Şirkət rəqəmsal reklam strategiyaları sahəsində məsləhətlər verir.

O, Hindistandakı firmalarda Birləşmiş Ştatlar kimi inkişaf etmiş ölkələrdə müştərilərə internet vasitəsilə əlaqələrin məhdudluğunu gördükdən sonra bu işə atılıb.

Caidip Mançanda: "Bu sahə Hindistanda 10 il geridədir. Hətta böyük şirkətlər rəqəmsal reklam büdcələrini nə zaman və necə təkmilləşdirəcəklərindən narahatdırlar. Bəzi şirkətlər hətta nə ediləcəklərini bilmir."

Hindistanda internet istifadəçilərinin sayı 300 miliyona çatıb. Mançanda kimi gənclər onlayn ticarətin nəhəng potensiyalından yararlanmağa çalışırlar.

Qərb şirkətlərinə xidmət göstərmək üçün 1980-ci illərdə Hindistanda qurulan texnologiya şirkətlərindən fərqli olaraq yeni qurulan startup-lar daxildə orta təbəqəyə xidmət göstərir. 1,2 miliyard əhalisi olan Hindistanın ancaq 25 faizi internet istifadəçisidir. Ancaq smatfonların getdikcə yayılması internet istifadəçilərinin sayını da çoxaldır.

Yerli onlayn şirkətlərin müvəffəqiyyətləri gün keçdikcə artır. Onlardan Flipkart və Snapdeal-in dəyəri multi milyard dollara yaxınlaşıb. Flipkart şirkətinin dəyəri keçən il 3 miliyard dollardan 11 milyard dollara çatıb.

Xarici online şirkətləri də həmçinin inkişaf edən bu sektordan yararlanmaq üçün bazara daxil olmağa çalışırlar. Raghav Qupta pərakəndə satış işindən çıxaraq Avropada məşhur olan uzaq məsafələrə getmək üçün yol yoldaşı xidmətini qurub.

Qupta deyir ki, Hindistan üçün bu şirkəti cazibədar edən amil, onun sosial mediada yayılmasıdır. Facebook-un Hindistanda 110 miliyondan çox üzvü var. Sosial media bu iş için ən gözəl marketinq vasitəsidir.

Qupta öz işini tərk edib, startup şirkəti qurmasının səbəbini dövlətin gənc sahibkarlara verdiyi dəstəklə izah edir.

Hərçənd ki, onlayn şirkətlərin çoxu qazanc əldə etməyə başlamasa da, onlar yerli və xarici investorların diqqətini cəlb edə bilib.

Gənc sahibkarlar Hindistan texnologiya startup-larının etimad qazandığını və bir gün iqtisadiyyatın onurğa sütunu olacağını düşünürlər.

XS
SM
MD
LG