Accessibility links

Hindistanda sualtı qayıqdan 18 dənizçidən 3-nün cəsədi aşkar edilib


Hindistanda yanğına məruz qalan sualtı qayıqdan 18 dənizçidən 3-nün cəsədi aşkar edilib. 15 cəsəd hələ tapılmayıb.

Onların sağ olacağı ehtimal edilmir. Cəsədlərin kimə məxsus olduğunun müəyyən edilməsi üçün DNK testləri keçiriləcək.

Dünən Hindistanın baş naziri sualtı qayıqda həlak olan 18 dənizçinin xatirəsini anıb. Müstəqiliik günü münasibəti ilə Dehlidə təşkil edilən mərasimdə Manmohan Sinq partlayış və yanğından xilas ola bilməyən hərbi dəniz donanması əsgərlərini cəsur adlandırıb.

Bu qəza Hindistanda 1971-ci il Pakistanla müharibə zamanı gəmisinin batmasından bəri ən ağır faciədir.

Sindhurakshak gəmisindəki yanğın Hindistanın ilk istehsalı olan nüvə sualtı qayığının istifadədə verildlyini elan etmısindən bir neçə gün sonra baş verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG